Rusiya ABŞ və NATO-nun üzərinə götürdüyü təhlükəsizlik öhdəliklərini və bununla bağlı Rusiyaya verdiyi vədləri yerinə yetirmələrinə çalışacaq.
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Biz amerikalı həmkarlarımıza və onların NATO üzrə bütün müttəfiqlərinə vədlərlə kifayətlənə bilməyəcəyimizi ətraflı izah etməkdə maraqlıyıq. Rusiya prezidenti Vladimir Putinin dəfələrlə qeyd etdiyi şifahi təminatların heç bir dəyəri yoxdur", - Lavrov vurğulayıb.