Ermənistanda ağır yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə Kotayk rayonunda qeydə  alınıb. Hadisə nəticəsində 5 nəfər ölüb. Ermənistan Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə faciə bir neçə avtomobilin toqquşması nəticəsində baş verib.

Belə ki, Abovyan şəhərinin girişində "Opel Vectra B", "BMW X5" və "VAZ-2106" markalı avtomobillər toqquşub. Xilasedicilər ölənlərin- sürücünün və 4 sərnişinin cəsədlərini bir avtomobildən çıxarıblar. 

Qəzanı  baş vermə  səbəbi  araşdırılır.