Donbassdan Rusiyaya təxliyə edilənlərin sayı 70 minə çatıb.
"Unikal" xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT TŞ-nin iclasında deyib.
O iddia edib ki, son gərginlikdə 1600 mərmi atılıb və dinc sakinlər ölüb:
“Respublikaların (qondarma və separatçı qurumlar nəzərdə tutulur – red) ərazisinə həyati vacib obyektlərdə təxribat törətmək üçün bir neçə diversiya qrupu göndərilib. “Dxr” və “lxr”də artıq ümumi səfərbərlik elan edilib”.