"Sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair Ermənistan-Azərbaycan layihəsinin mətni razılaşdırılıb və mətn üzrə danışıqlar başa çatıb. Sülh müqaviləsinin paraflanması ideyası var".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı deyib.
"İndi mahiyyət etibarı ilə elan olunsa da, elan olunmasa da, bu başlıq altında və ya başqa bir başlıq altında biz o vaxtdan Azərbaycanla necə irəliləyəcəyik, yol xəritəsinin nə ola biləcəyi ilə bağlı məsləhətləşmələrə başlamışıq.
Parafikasiya ideyası da gündəmdədir və müzakirə olunan menyunun variantlarından biridir. Bu, tək deyil, müəyyən şərtlər daxilində məqbul və real ola bilər, müəyyən şərtlər daxilində isə o qədər də real olmaya bilər. Biz sülh sazişinin imzalanması istiqamətində irəliləmək üçün heç bir fürsəti əldən verməyəcəyik. Yenə də deyirəm ki, bu, Ermənistan Respublikasının suverenliyi, dövlətin ərazi hüququnun birmənalı nəzərə alınması ilə baş verməlidir. Digər tərəfdən də başa düşməliyik ki, dünya dinamikdir və ona çevik yanaşmalıyıq, diqqətli olmalıyıq ki, birdən-birə görünməsin ki, biz mövcud imkanları görməmişik", - deyə o qeyd edib.
Ağarza Elçinoğlu