Martın 1-dən Gürcüstanda karantin məkanlarının və COVID-19 xəstələri üçün otellərinin fəaliyyəti dayandırılacaq.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Qurumlararası Koordinasiya Şurasının iclasında qərar qəbul edilib.
Eyni qərarla açıq havada fəaliyyət göstərən iaşə obyektlərində 15 nəfərin, qapalı məkanlarda isə 10 nəfərin eyni masa arxasında əyləşməsinə icazə verilib.
Şuranın qərarına əsasən martın 15-dən Gürcüstanda konfransların, seminarların və təlimlərin keçirilməsinə tətbiq edilən məhdudiyyətlər ləğv ediləcək, 60-da çox adamın bir araya toplanmasını qadağan edən qaydaların tətbiqi dayandırılacaq.
Şura yaxın günlərdə Gürcüstanda tibbi maskadan istifadə məcburiyyətinin, eləcə də ictimai məkanlarda termal yoxlanış qaydasının da ləğv edilə biləcəyini açıqlayıb.