İstanbulun keçmiş bələdiyyə sədri Əkrəm İmamoğlu 1 il 8 ay həbs cəzası alıb.

"Unikal" xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb. 

İmamoğlu yanvarın 20-də qatıldığı panel iclasda İstanbulun Baş prokuroru Akın Gürlek və ailəsi haqqında bir sıra ifadələr işlətmişdi. Məhkəmə ona “terrorla mübarizədə iştirak edən şəxsləri hədəfə almaq” ittihamında bəraət verib. Lakin “dövlət məmurunu açıq şəkildə təhqir etmək” ittihamı ilə 1 il 5 ay 15 gün, “hədə-qorxu”ya görə isə 2 ay 15 gün həbs cəzası verilib. İmamoğlu ümumilikdə 1 il 8 ay həbs cəzası alıb.

Ağarza Elçinoğlu