Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 271 nəfər ölüb.
"Unikal" xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 463 min 335 nəfərin test edildiyi, 86 min 070 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 98 min 199 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib