Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 338 yoluxma halı qeydə alınıb.

"Unikal" xəbər verir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 420 498 nəfərə çatıb.

Son 24 saat ərzində ölkədə COVID-19-dan 15 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 8493 nəfərə yüksəlib.