“Gün ərzində Xarkov vilayətində 21 nəfər həlak olub, 112 nəfər yaralanıb”.
"Unikal" xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
O, həmçinin düşmənin bütün diversiya-kəşfiyyat qruplarının məhv edildiyini bildirib: “Düşmən təyyarəsi məhv edilib, pilot katapult etdikdən sonra özünü güllələyib”.
Onun sözlərinə görə, gecə saatlarında düşmən "Su-25" təyyarələri ilə Ukrayna Silahlı Qüvvələrinin Çuquyevada yerləşən mövqelərini, həmçinin Xarkov şəhərini bombardman edib.
“Aviahücum nəticəsində meydana gəlmiş yanğın ocaqları aradan qaldırılır, mərmilər zərərsizləşdirilir”, - paylaşımda deyilir.