Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı məlum olub.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski açıqlama yayıb. O, işğalın əvvəlindən bəri 6 minə yaxın rus əsgərinin öldürüldüyünü ifadə edib.
Rusların bombalarla, raketlərlə və hücumlarla qalib gələ bilməyəcəyini bildirən Zelenski, Ukraynanın AB-yə üzvlük müraciətinə dəstək istəyib və “Hazırda neytral qalmağın vaxtı deyil” deyib.