Avropa İttifaqı Ukraynanın müharibədən sonra 100 milyard avroya yenidən qurulması planı hazırlamalıdır.
"Unikal" xəbər verir ki, bu barədə Polşanın baş naziri Mateuş Moravetski deyib.
"Bizə Avropa Komissiyasının sədri ilə danışdığım bir bərpa planına ehtiyacımız var. Məsələn, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən 100 milyard avro, beləliklə, dağılmış infrastruktur, dağıdılmış məktəblər, xəstəxanalar, bombalanmış evlər yaxın zamanlarda bərpa oluna bilsin", - Polşanın baş naziri deyib.
Ağarza Elçinoğlu