Prezident Volodimir Zelenski Rusiya ordusunun Kiyevdə Babi Yara raket hücumu ilə bağlı bütün dünya yəhudilərinə müraciət edib.

"Unikal" xəbər verir ki, Ukrayna lideri Babi Yar-ın Kiyevdə xüsusi yer, ibadət yeri, nasistlər tərəfindən öldürülən 100 min insanın xatirə yeri olduğunu xatırladıb. 

"Siz ikinci dəfədir ki, Holokost qurbanlarını öldürürsünüz", - Zelenski deyib.

O, bu atəşin insanlıq hüdudlarından kənarda olduğunu vurğulayıb: "...Dünyada milyonlarla yəhudi susmasın, çünki nasizm sükutla doğulur. Ona görə də dinc əhalinin qətli haqqında bağırın, ukraynalıların qətlləri haqqında bağırın".

Ağarza Elçinoğlu