Ukrayna ordusuna əsir düşən rus əsgərinə anası ilə danışmağa icazə verilib.
"Unikal" xəbər verir verir ki, bu barədə Ukrayna Kəşfiyyat Xidməti Ukrayna ordusu tərəfindən əsir götürülərək dindirilən rus əsgərinin görüntülərini yayıb. Anası ilə telefonla danışmağa icazə verilən əsir əsgər rus ordusu komandirləri haqqında "Komandirlərimiz yaralı əsgərləri özləri öldürür" iddiasını irəli sürüb.
"Hamını öldürdülər, sağ qaldım. Bəlkə əsir dəyişmə ehtimalı var. Gedin idarəçilərə, cəmiyyətinə yazın. Çünki onlar belə etmirlər, yaralıları özləri öldürürlər. Cəsədləri belə götürmürlər. Heç kimə demə, kəşfiyyat gəlib səni aparar. Əsir dəyişdirməyi istə. Döymürlər, işgəncə vermirlər, yedizdirirlər. Mən səni sevirəm".