Rusiya işğalçı qoşunları Zaporojye Atom Elektrik Stansiyasının yerləşdiyi Enerqodar şəhərinə göndərilir.
"Unikal" mer Dmitri Orlova istinadən xəbər verir ki, şəhər həyəcan vəziyyətindədir.
Qeyd olunur ki, martın 2-də səhər saatlarında rus işğalçıları Enerqodara yaxınlaşıblar. Onlar artıq bir neçə dəfə Zaporojye atom elektrik stansiyasına basqın etməyə cəhd ediblər.
"Diqqət!!! Hazırda düşmən yenidən Enerqodara yaxınlaşıb. Biz hamıya müraciət edirik - tez keçid məntəqəsinə yaxınlaşın, onları birlikdə içəri buraxmayacağıq! Hamını gözləyirik!", - mer müraciət edib.
Qeyd edək ki, Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır.
Ağarza Elçinoğlu