Rusiyalı biznesmen Roman Abramoviç Londondakı bahalı mülkünü satışa çıxarıb.
"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniya parlamentinin üzvü Kris Brayant bildirib.
Onun sözlərinə görə, biznesmenin əmlakını satmağına səbəb krallığın rusiyalı milyarderə tətbiq etmək istədiyi sanksiyalarla bağlıdır:
"Abramoviç sanksiyalardan qorxur. Buna görə də evini və mənzillərindən birini satmaq niyyətindədir", - deyə Brayant qeyd edib.