“Üçüncü Dünya müharibəsi olsaydı, bu, nüvə savaşı və dağıdıcı olacaqdı”.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Sanksiyalar məsələsinə toxunan nazir Rusiyanın məhdudiyyətlərə hazır olduğunu deyib:
“İdmançılar, jurnalistlər, mədəniyyət nümayəndələrinə qarşı sanksiyalara hazır idik”. O həmçinin Rusiyanın xeyli dostunun olduğunu və onun təcridinin mümkün olmayacağını vurğulayıb.