Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası bu gün Rusiyanın Ukraynaya hərbi hücumunu pisləyən qətnaməyə səs verəcək.
"Unikal" xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında 90 ölkənin dəstəklədiyi qanun layihəsi 193 üzv dövlət tərəfindən səsverməyə çıxarılacaq.
Layihədə Rusiyanın Ukraynaya hücumları qəti şəkildə pislənilib, Moskva isə "bütün hərbi qüvvələrin Ukrayna ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını" tələb edilib.
Sözügedən qanun layihəsində Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü vurğulanıb və “Rusiya Federasiyasının BMT Konvensiyasının 2-ci maddəsinin 4-cü bəndini pozaraq Ukraynaya qarşı təcavüzü ən böyük təəssüflə qarşılanıb” bəyanata daxil edilib.
Fevralın 21 -də Rusiyanın qondarma Donetsk və Luqansk respublikalarını tanıma qərarının etibarsız olduğunu bildirən qanun layihəsində “Rusiya bu qərarı dərhal və qeyd-şərtsiz ləğv etməlidir” qeyd edilib.
Bütün tərəfləri Minsk razılaşmasına əməl etməyə dəvət edən qanun layihəsində humanitar yardımların çatdırılmalı olduğu ərazilərə girişin təmin edilməsi də qeyd olunub.