İranda ötən sutka ərzində 6 234 nəfər koronavirusa (COVID-19) yoluxub, 203 nəfər ölüb.
"Unikal"ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 137 267 nəfərə, yoluxanların sayı isə 7 066 975 nəfərə çatıb. Virus daşıyıcılarından 4 066 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 6 678 078 nəfər koronavirusdan sağalıb, 47,4 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 142 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 62,9 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 55,5 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 23,3 milyon təşkil edir.