Belçika Xarici İşlər Nazirliyi Ukrayna-Rusiya müharibəsi səbəbindən Ukraynanın paytaxtı Kiyevdəki səfirliyini müvəqqəti olaraq bağladığını açıqlayıb.
"Unikal" xəbər verir ki, nazirlik bununla bağlı bəyanat yayıb.
"Dəyişən təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq Belçikanın Kiyevdəki səfirliyinin bağlanması qərara alınıb. Biz hələ də Ukraynada olan belçikalılara konsulluq yardımı göstərməyə davam edəcəyik", - nazirliyin bəyanatında deyilir.
Nazirlik rəsmiləri Belçikanın Kiyevdəki səfirliyinin əməkdaşlarının Ukraynanı tərk etdiyini bildiriblər.