Luqansk vilayətinin Starobilsk şəhərinin sakinləri rus tanklarını dayandırmaq və onların mərkəzə daxil olmasının qarşısını almaq üçün birləşib.
"Unikal" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə görüntülər "Telegram" kanallarında yayılıb.
Görüntülərdə dinc əhalinin bayraqlarla küçələrə çıxması və rus işğalçılarının kolonnasının qarşısını almağa cəhd etməsi əks olunub.
Hərbçilər yolu açmaq məqsədi ilə havaya atəş açıblar.