Bu gün martın 2-də axşam saatlarında Rusiya nümayəndə heyəti Ukrayna nümayəndələri ilə danışıqların ikinci mərhələsinin keçiriləcəyi yerə gələcək.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Nümayəndə heyətimiz bu axşam danışıqları davam etdirməyə hazır olacaq", -deyə Peskov qeyd edib.
Onu da deyək ki, daha öncə mediada Rusiya-Ukrayna danışıqlarının ikinci mərhələsinin təxirə salınacağı ilə bağlı məlumat verilmişdi.
Ukrayna Prezidentinin Ofisi bu gün axşam saatlarında Ukrayna və Rusiya arasında danışıqların növbəti mərhələsinin keçiriləcəyini təsdiqləyib.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında danışıqların birinci mərhələsi fevralın 28-də baş tutub. Görüş Pripyat çayının sahilində , "balıqçı evi" kod adlı gizli yerdə keçirilib.
Ağarza Elçinoğlu