Ötən gün Ukrayna qüvvələri Rusiya Federasiyasının üç təyyarəsini və iki helikopterini məhv edib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığı məlumat yayıb.
“Martın 2-də Su-24m və Su-25 döyüş təyyarələrinin ekipajları Kiyev, Sumı, Çerniqov və Xarkovda Rusiya hərbi texnikasının və canlı qüvvəsinin kolonnalarını məhv edərək, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının bölmələrinə havadan dəstək verib”, - məlumatda deyilir.
O cümlədən, zenit-raket bölmələri gün ərzində düşmənin üç təyyarəsini və iki helikopterini məhv edib.
Həmçinin martın 1-də Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri rus işğalçılarının 1 təyyarəsi, 1 helikopteri və bir neçə hərbi texnika kolonunu məhv etdiyini açıqlamışdı.