Ukrayna əsilli rusiyalı oliqarx Mixail Uotford İngiltərənin Surrey şəhərindəki evində ölü tapılıb.
"Unikal" xəbər verir ki, 66 yaşlı oliqarxın qəfil ölümü hər kəsin təəccübünə səbəb olub. Onun evinə baxış keçirilib. Polisin verdiyi məlumata görə, bağban iş adamının cəsədini bazar ertəsi tapıb. O, evin qarajına daxil olanda Uotfordun cəsədi ilə qarşılaşıb. Onun ölümü “şübhəli ölüm” adı ilə qeydə alınıb.
İngiltərə polisi iş adamının ölümü ilə bağlı cinayət işi açıb, araşdırmalar aparır.
Bildirək ki, 2000-ci illərin əvvəllərində İngiltərədə məskunlaşan və əsil adı Mixail Tolstosheya olan Mixail Uatford var-dövlətini sahibi olduğu neft emalı zavodu və təbii qaz şirkəti sayəsində qazanıb. O, Ukrayna-Rusiya müharibəsində Ukraynaya dəstək olub.
Uotfordun eyni vaxtda yaşadığı və öldüyü ev təqribən 18 milyon funt-sterlinq dəyəri ilə İngiltərənin və Surrey şəhərinin ən bahalı binalarından biri hesab olunur.
Rusiyalı oliqarxın ölümü hər kəsi heyrətə gətirib, çünki onun adı hələ Boris Consonun elan etdiyi sanksiyalar siyahısına düşməyib. Belə ki, iş adamının sanksiya qorxusundan və ya bir növ ruslar tərəfindən yaradıldığı deyilən ölüm siyahısına salınmasından qorxaraq intihar etdiyi düşünülür.
Maraqlıdır ki, Mixail Uatfordun adı heç vaxt Vikipediya səhifələrində yer almayıb.
Gülayə Mecid