Putinin qızı olduğu iddia edilən Luiza Krivonoqix Rusiya qüvvələrinin Ukraynaya hücumunda sonra sosial medianın hədəfinə çevrilib.
"Unikal" xəbər verir ki, Putinin “sevgi uşağı” kimi tanınan 18 yaşlı Luizanaya "şeytanın qızı" ləqəbini qoyublar. Belə ki, sosial şəbəkə istifadəçiləri onun paylaşımlarına sərt reaksiya veriblər.
İstifadəçilər "Sən siçan kimi bunkerdə oturursan?", “O, qatilin, hərbi cinayətkarın, psixopatın və narkotik aludəçisinin qızıdır”, “Deyəsən pulqabılar və villalar onun üçün insan həyatından daha vacibdir", - deyə şərhlər bildiriblər.
Bildirək ki, Sankt-Peterburqda tələbə olan 18 yaşlı Luiza hazırda Rusiya bankının sahibi olan 45 yaşlı multimilyonçu Svetlana Krivonoqixin qızıdır.
Monakoda 3,1 milyon funt-sterlinq dəyərində dəbdəbəli mülkə sahib olan Svetlana, qızının atasının Rusiya prezidenti olması ilə bağlı geniş yayılmış şayiələri cavabsız qoyur. Və qızının Putinə "oxşar" olduğunu bildirir.
Rusiya mətbuatının yazdığına görə, Putinlə Krivonoqixin münasibətləri 90-cı illərin sonunda başlayıb. O zaman Sankt-Peterburqda yaşayan Krivonoqix universitetdə oxuduğu müddətdə Rusiya Federal Təhlükəsizlik Xidmətində təmizlik işində çalışıb. Putin həmin dövrdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri olub.
Cütlüyün münasibətinin necə başlayıb, necə bitdiyi hələ ki məlum deyil. Sonrakı illərdə milyonçuya çevrilən Krivonoqixin Rusiya Bankındakı səhmləri 11 milyon dollar sərvəti ötüb.
Lakin Kreml bu iddiaları rədd etsə də, Putin məsələyə münasibət bildirməkdən və qızı Luizanı ictimaiyyətə təqdim etməkdən çəkinir.
Gülayə Mecid