"Mən bir neçə dəfə Ukraynada olmuşam, ukraynalılar məni sevir, mən də ukraynalıları sevirəm. Ukrayna xalqının düşmənlərini, Ukrayna xalqına normal həyat bəxş etməyən, çılğınlıq edən bu şeytanları sevmirəm".
"Unikal" xəbər verir ki, bunu Çeçenistanın rəhbəri Ramzan Kadırov bildirib.
Kadırov bildirib ki, onların orada olması Ukrayna xalqını qorumaq üçün verilmiş bir vəzifədir. O, həmçinin rusları və ukraynalıları həmişə bir xalq hesab etdiyini deyib: "Mən heç cür başa düşə bilmirəm ki, onlar slavyan xalqını necə bu cür parçalaya biliblər... Ruslar, ukraynalılar, belaruslar. Mən həmişə onların bir xalq olduğunu düşünürdüm... Zelenski niyə belə gözəl dövlətin məhv edilməsinə icazə verir? Xüsusən də Xarkovda belə gözəl yerlər, belə gözəl qızlar var, ayıbdır".
Ağarza Elçinoğlu