Dünyaca məşhur “Time” jurnalı son sayında Ukrayna bayrağının rənglərinə və ölkə prezidenti Vladimir Zelenskinin sözlərinə yer verib.

"Unikal" xəbər verir  ki, üz qabığında Zelenskinin Avropa Parlamentində çıxışı zamanı dediyi “Həyat ölümə, işıq qaranlığa qalib gələcək” ifadəsi Ukrayna dilində yer alıb.

Üz qabığının yuxarı hissəsində “Vladimir Zelenski və Ukrayna qəhrəmanları” ifadəsi diqqət çəkib.

“Time”nin Ukrayna hesabatında deyilir ki, Zelenski Rusiyanın hücumlarına baxmayaraq Kiyevdə qalmaqla, ABŞ və müttəfiqlərini səfərbər etməklə “tarixin gedişatını dəyişib”.

Gülayə  Mecid