Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ətrafındakı böhranının həllinin tapılacağına əmindir.
"Unikal" xəbər verir ki, Lavrov bunu yerli və xarici media nümayəndələrinə müsahibəsində bildirib.
“Əminəm ki, Ukrayna ətrafındakı böhranın həlli tapılacaq. Rusiyanın şərtləri minimaldır”, - deyə Rusiya XİN başçısı vurğulayıb.
Lavrov Ukrayna ilə Rusiya arasında danışıqların bu gün keçiriləcəyini də xatırladıb.
Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski isə Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqların bu gün yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 16:00) baş tutacağını bildirib.