Ukrayna prezidenti Zelenski Ukraynanın müdafiə xətlərinin Rusiyanın hücumuna qarşı saxlandığını və Moskvanın gecə yarısından bəri Ukraynanı bombalamasını dayandırmadığını açıqlayıb.
"Unikal" xəbər verir ki, Ukraynanın ilk COVID-19 hadisəsinin qeydə alınmasından iki il keçdiyini deyən Zelenski Rusiyanın hücumu ilə bağlı “Bir həftədir ki, başqa bir virus hücum edib” deyib.
"Elə bir cavab verəcəyik ki, təəccüblənəcəksiniz. Hər evi, hər şəhəri təmir edəcəyik" deyən Zelenski, Rusiyanın taktikasını dəyişməsinə və şəhərlərdə mülki əhalinin bombalanmasına baxmayaraq, Ukraynanın müqavimətdə uğur qazandığını ifadə edib.
"Bizim öz azadlığımızdan başqa itirəcək heç nəyimiz yoxdur" ifadə edən Zelenski, Ukraynanın beynəlxalq müttəfiqlərindən hər gün silah tədarük etdiyini də bildirib.
Gülayə Mecid