"Karpati" (Lvov) klubunun döyüşdə həlak olan futbolçusu, Vitali Sapilo Ukrayna Qəhrəmanı adına layiq görülüb.

"Unikal" xəbər verir ki, ölkə Prezidenti Volodimir Zelenski onu ölümündən sonra bu ada layiq görüb.

Qeyd edək ki, 21 yaşlı leytenant V.Sapilo tank komandiri olub. O, fevralın 25-də Rusiya ordusunun endirdiyi aviazərbə zamanı həyatını itirib.