Rusiya prezidenti Vladimir Putin martın 3-də Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş keçirəcək, həmçinin bir sıra beynəlxalq telefon danışıqları aparacaq.
"Unikal" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Qarşıda bir sıra beynəlxalq telefon zəngləri var. Gün ərzində daha sonra Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş planlaşdırılır. Bu tədbirin əvvəlində prezidentin açılış nitqini də istisna etmirik. Televiziyada göstəriləcək..."
Peskov bildirib ki, prezidentin görüşün əvvəlində Ukraynada keçirilən "xüsusi əməliyyat" zamanı qəhrəmancasına həlak olan rus hərbçiləri haqqında danışacağı da gözlənilir.
Ağarza Elçinoğlu