Ötən gün Brest şəhərində Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu keçirilib. Və tərəflər mülki şəxslərin təxliyəsi üçün birgə humanitar dəhliz yaradılması barədə razılığa gəliblər. Təxliyyələrin aparılacağı ərazilərdə müvəqqəti atəşkəsin təmin edilməsi ilə bağlı razılıq əldə olunub.
"Unikal" xəbər verir ki, Rusiya ilə Ukrayna arasında danışıqların üçüncü raundu gözlənilsə də, Ukrayna yeni danışıqların tarixi və vaxtını əvvəlcədən açıqlamayacağını deyib.
Bu barədə Ukrayna Rəyasət Heyəti qərar qəbul edib.