Ukraynada daha bir azərbaycanlı həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayətində sədr müavini Adil Babayev məlumat verib.
O qeyd edib ki, hadisə Nikolayev şəhərində avtomobilin raket atəşinə tutulması nəticəsində baş verib:
"Maşında olan bir azərbaycanlı ölüb, biri isə yaralanıb".