Ukraynada keçirilən xüsusi əməliyyatlar zamanı Rusiya ordusu 1812 hərbi obyekti, o cümlədən 59 radiolokasiya stansiyası, 65 rabitə qovşağı, 56 “Buk M-1”, “Osa” -S-300 zenit sistemini məhv edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.
Bundan əlavə, "Rusiya Silahlı Qüvvələri 49-u hava limanlarında, 635 tank, zirehli texnika, 67 reaktiv yaylım atəş sistemi, 252 səhra artilleriya mərmisi, 442 xüsusi təyinatlı hərbi maşın və 54 pilotsuz uçan aparat da daxil olmaqla 62 təyyarəni məhv edib", - Rusiya Müdafiə Nazirliyinin sözçüsü bildirib.
Gülayə Mecid