Ukrayna Müdafiə Nazirliyi ölkədəki son durumla bağlı məlumat yayıb.
"Unikal"ın məlumatına görə, nazirliyin məlumatında bildirilib ki, müqavimət davam edir:
“Rusiyanın əsas məqsədi Kiyevi mühasirəyə almaq və blokadaya alınmış yaşayış məntəqələrində müqaviməti zəiflətməkdir. Bu tapşırığın icrası zamanı Rusiya Silahlı Qüvvələrinin qrupları əməliyyat ehtiyatlarının böyük hissəsini tükəndirdi. Onlar Cənub və Şərq hərbi dairələrindən əlavə qüvvə, resursları köçürməyə başladı. Rusiya altı BTQ-nin köməyi ilə Mariupol şəhəri ətrafında mühasirəni davam etdirməyə çalışır".
Məlumata görə, Rusiya hərbçiləri Qara dəniz sahillərini tutmaq iddialarından əl çəkmirlər: "Rusların taktikasında dəyişiklik olub. Onlar əhaliyə psixoloji təsir etməyə çalışırlar. Bu günlərdə qarşı tərəfin dezinformasiya yayması gözlənilir. Xalqımız ayıq-sayıq olmalıdır”.