Ukraynalılar Xerson və regionda mobil rabitənin kəsildiyini bildirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 14:30-a qədər rabitə olsa da, daha sonra əlaqə kəsilib.
Xerson vilayət şurası bildirib ki, işğalçılar bütün regionda "Kyivstar" və "Vodafone" operatorlarını kəsiblər.
Qeyd edək ki, ruslar Xersonda Rusiyanın 24 telekanalını və T2 pristavkasından 3 radio kanalını yayımlamağa başlayıblar.
Ağarza Elçinoğlu