"İndi bütün rusların Rusiya lideri Putin ətrafında birləşmək vaxtıdır".
"Unikal" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında deyib. O, açıqlamasında Ukrayna ilə danışıqlara da toxunub.
"Ukrayna ilə danışıqlarda heç bir sənəd razılaşdırılmayıb. Bundan sonra nə olacağı Ukraynanın reaksiyasına bağlıdır”, - deyən Peskov, həll yolunu necə gördüklərini Ukrayna tərəfinə çatdırdıqlarını bildirib.