Rusiyanın Ukraynaya qoşun yeritməsi nəticəsində 32 ukraynalı uşaq öldürülüb, 70-i yaralanıb.
"Unikal" Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin uşaq hüquqları və reabilitasiyası üzrə səlahiyyətli nümayəndəsi-müşaviri Darina Gerasimçuk bildirib.
O qeyd edib ki, 1,5 milyona yaxın uşaq hazırda mühasirədədir. Onların arasında valideyn himayəsindən məhrum və əlil uşaqlar da var.