İsrail Prezidenti İsaak Herzoqun Ankarada rəsmi qarşılanma mərasimi olub.

"Unikal" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail dövlət başçısını qarşılayıb.

Qeyd edək ki, bu, İsrail Prezidentinin 14 il sonra Türkiyəyə ilk səfəridir.

*** 16:35

İsrail Prezidenti İsaak Herzoq Türkiyəyə gəlib.

"Unikal" xəbər verir ki, İsrail Prezidentinin təyyarəsi Ankarada hava limanına enib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutan səfər iki gün davam edəcək.