Ukrayna hərbçiləri tərəfindən əsir götürülən rusiyalı çağırışçı Nikolay Polşçikov Rusiya prezidenti Vladimir Putinə müraciət edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, Putini Ukraynadakı müharibəni dayandırmağa çağırıb.

"Allah eləsin ki, bütün bunlar tez bir zamanda bitsin. Burada aldadılan bütün rus hərbçiləri vətənə qaytarılsınlar. Onlar bu əmri versinlər. Hamımız evdə oturaq və heç vaxt bu ölkəyə gəlməyək. Dayanmalıyıq. Bütün bunları, yoldaş prezident, biz bitirməliyik", - hərbi əsir dedyib.

Ağarza Elçinoğlu