Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya işğalının 19-cu günündə xalqa müraciət edərək, Könüllülər Günü münasibətilə təbrik edib.
"Unikal" xəbər verir ki, Ukrayna lideri videomüraciətində xalqına kömək edən hər kəsə təşəkkürünü bildirib.
“Əsgərlərimizin gücü qələbəmizdən xəbər verir. Ukrayna bizim üçün milyonlarla xoşbəxt insan deməkdir. Ona görə də milyonlarla insan öz ölkələrini qoruyur və biz hamımız könüllüyük. Ukraynaya səhiyyə avadanlıqları ilə kömək edən, insanların əsas ehtiyaclarını dəstəkləyən, işlərini davam etdirən və kömək edən hər kəsə minnətdaram".
Rusiya işğalına qarşı müqavimətin 19-cu günündə olduqlarını bildirən Zelenski:
"Müdafiəmizin 19-cu günündə qəhrəmancasına müqavimət göstəririk. Düşmənə elə itkilər veririk ki, bilmirlər haradan kömək alsınlar. Amma bizim dincəlməyə haqqımız yoxdur", - deyə çıxışında ifadə edib.
Gülayə Mecid