Nur-Sultan şəhərinin İxtisaslaşdırılmış Rayonlararası İstintaq Məhkəməsinin qərarı ilə, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıulı barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
"Unikal" xəbər verir ki, bu barədə paytaxt məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Kayrat Satıbaldıulı ötən gün "Kazaktelekom"da xüsusilə külli miqdarda vəsaitlərin mənimsənilməsi faktları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.