Ukrayna ərazisində hərbi əməliyyatlar nəticəsində ilkin itkilər azı 500 milyard dollar təşkil edir, lakin bu məbləğ yekun deyil.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın maliyyə naziri Serhi Marçenko KİV-ə müsahibəsində deyib.
"Bir çox logistika zəncirləri tamamilə qırılıb, bir çox müəssisə dağıdılıb, bəziləri isə işçiləri getdiyi üçün sadəcə işləyə bilmir. İqtisadiyyat Nazirliyinin hesablamalarına görə, müharibə ölkənin ÜDM-nin üçdə birindən yarısına başa gələcək.Lakin dəqiq məbləği yalnız müharibə başa çatdıqdan sonra adlandırmaq olar”, - deyə Marçenko vurğulayıb.
Beynəlxalq Valyuta Fondu Rusiya ilə müharibə səbəbindən 2022-ci ildə Ukraynanın ümumi daxili məhsulunun 10% azalacağını proqnozlaşdırır. Fond həmçinin inflyasiyanın 19,1%-ə yüksələcəyini də proqnozlaşdırır.
Prezidentin iqtisadi müşaviri Oleq Ustenko bildirib ki , Rusiyanın ÜDM-nin yarısı müharibədən sonra Ukraynanın bərpasına sərf olunacaq.