Rusiya ordusu Ukraynada hücum əməliyyatlarını davam etdirir.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, rus qoşunları Ukrayna ordusu tərəfindən sərt müqavimətlə üzləşib:

“Düşmən canlı qüvvə və texnikada xeyli itki verir. Günün əvvəlindən Ukrayna Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri Odessa bölgəsində iki Su-30SM təyyarəsini, Nikolayev yaxınlığında bir Ka-52 helikopterini və Çerniqov bölgəsində bir Su-34 təyyarəsini məhv edib. Düşmənin itkiləri ilə bağlı məlumatlar dəqiqləşdirilir”.