ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini "hərbi cinayətkar" adlandırıb.
“Unikal” xəbər verir ki, Ağ Evdə çıxışı zamanı jurnalistlərdən biri Baydenə rusiyalı həmkarını “hərbi cinayətkar” adlandırmağa hazır olub-olmadığını soruşub.
Bayden əvvəlcə “yox” cavabını verib və otağı tərk edib. Lakin sonra geri qayıdaraq "O, hərbi cinayətkardır" deyib.