Kiyevdə və Kiyevin vilayətlərində uzun sürən komendant saatı zamanı Rusiyanın bir neçə diversiya və kəşfiyyat qrupu saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Vadim Denisenko məlumat verib.
"Biz həm Kiyevdə, həm də Kiyevin vilayətlərində təxribat qruplarını saxladıq. Onların hamısı zərərsizləşdirilib", - o, efirdə deyib.
Müşavir əlavə edib ki, hazırda Kiyevdə və regionda vəziyyət nəzarət altındadır: "Biz həqiqətən də ruslara planlaşdırdıqlarını həyata keçirmək imkanı vermədik. Bu baxımdan komendant saatının işə yaradığına inanıram".
Ağarza Elçinoğlu