Yaponiyanın IHI korporasiyası Rusiyada yerləşən birgə müəssisəsində hasilatı dayandırmaq qərarına gəlib.
"Unikal" xəbər verir ki, bu barədə "Nikkan" qəzeti məlumat yayıb. Qeyd olunub ki, söhbət 83% İHİ-yə məxsus olan “Alfa Avtomativ Texnolozhiz” müəssisəsindən gedir. Şirkət möhürlənmiş polad avtomobil kuzov hissələrinin istehsalı və təchizatı ilə məşğuldur.