Tanınmış ukraynalı həkim və bloger Yevgeni Komarovski Putinin səhhətindən danışıb.
"Unikal" xəbər verir ki, o, bu barədə yerli KİV-lərdən birinə müsahibəsində deyib.
"Rusiya liderində şizofreniya elementləri var. Onun bütün psixi problemləri ətraf mühitdən qaynaqlanır. Bu, 21-ci əsrdə internetə çıxışı olmadan yaşamağa müvəffəq olan, başqalarından məlumat alan bir insanın yaşayışıdır. Onun çox böyük məlumat çatışmazlığı var", - deyə həkim yekunlaşdırıb.
Komarovskinin sözlərinə görə, Putindən onun "ağlını tamamilə itirdiyi" vizual olaraq görünmür.
Daha əvvəl Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib ki, yüksək vəzifələrdə olan rusiyalılar Putinin səhhətində problemlər olduğuna əmindirlər, hətta onların çoxu Putinin son hərəkətlərinin məntiqini başa düşmür.