"Rusiya tətbiq olunan iqtisadi sanksiyalara cavab olaraq Birləşmiş Ştatların kritik infrastrukturlarına kiberhücum edə bilər".
"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.
ABŞ-ın kritik infrastrukturlarına kiberhücum edə biləcəyi barədə xəbərdarlıq etdiyini xatırladan Bayden, “Bu gün mənim administrasiyam kəşfiyyat məlumatlarına əsaslanaraq bu xəbərdarlığı təkrarlayıram. Rusiya hökuməti mümkün kiberhücumlar həyata keçirə bilər”, - deyib.
Vəzifəyə gəldiyi ilk gündən ölkənin kiber təhlükəsizliyini gücləndirmək üçün addımlar atdıqlarını və dövlət-özəl tərəfdaşlıq qurduqlarını ifadə edən Bayden, “Mənim administrasiyam hücumları dəf etmək, qarşısını almaq və lazım gələrsə cavab vermək üçün əlində olan hər vasitədən istifadə edəcək", - deyə bildirib.