Bolqarıstanın Veliko Tırnovo şəhərindəki Sveti Kiril Metodiyi Universiteti Rusiya prezidenti Vladimir Putinə 13 il əvvəl verilmiş “fəxri doktor” adını geri alıb.
"Unikal" xəbər verir ki, rektor Prof.Kiril Bojilov Bolqarıstan Milli Radiosuna (BNR) verdiyi açıqlamada Universitetin Akademiya Şurası tərəfindən 2009-cu il yanvarın 26-da Rusiya Federasiyasının Baş naziri olmuş Putinə "müasir dünya sülhünə verdiyi töhfələrə görə" verilən fəxri doktor adını geri aldığını bildirib.
"Mənim qurduğum xüsusi istintaq komissiyası 13 il əvvəl verilən qərarın səbəblərini araşdırdı və titulun qanunsuz olaraq verildiyini müəyyən etdi", - rektor deyib.
Bojilov qeyd edib ki, universitetin ləğvi ilə bağlı qərar siyasi əsaslara əsaslanmayıb.
Gülayə Mecid