“ABŞ Rusiya ilə münasibətləri daha da gərginləşdirməmək üçün Ukraynaya silah verməyi dayandırmalıdır”.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında deyib.
“Vaşinqton eskalasiyanı dayandırmalıdır. ABŞ bizə qarşı təhdidlər yaratmağa son qoymalıdır”, - o bildirib.
S.Ryabkov, həmçinin vurğulayıb ki, ABŞ-Rusiya münasibətləri pozulmağa yaxındır: “Əlaqələrimizin gələcək inkişafı isə Vaşinqtonun xarici siyasətində seçəcəyi xətdən asılıdır. Hələlik münasibətlərimiz pisləşən tendensiya ilə inkişaf edir. Bunun səbəbkarı isə ABŞ-dır”.